"Qalatasaray"ın ulduz futbolçusu Lukas Torreyra, İstanbul klubundakı müqaviləsinin bitməsinə daha 2 il qaldığını və əsas hədəfinin bu müddətdə komandada qalmaq olduğunu açıqlayıb.
Uruqvaylı oyunçu "Picado TV"yə verdiyi müsahibədə deyib: "Hazırda "Qalatasaray"la vacib müqaviləm var. Qarşıda hələ 2 ilim qalıb və əsas düşüncəm buradakı çıxışımı mümkün qədər davam etdirməkdir."
Torreyra, son vaxtlar "Boka Xuniors"a transfer olunacağı ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib: "Heç vaxt belə bir ehtimal olmayıb. Bəzən bu barədə danışanda xəyal satdığımı deyirlər, amma mən sadəcə o kluba sevgimi ifadə edirəm." O, gələcəkdə "Boka Xuniors"da oynamaq fürsəti yaranarsa, bundan məmnuniyyətlə istifadə edəcəyini də sözlərinə əlavə edib.












