İran hökuməti ölkənin qərb hissəsində hava əlaqəsini tam bərpa edib və tranzit reyslərə icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı rəsmi saytında məlumat yayıb.
Bundan əvvəl uçuşlar yalnız İranın şərq hissəsində həyata keçirilirdi.
Təşkilat bildirib ki, qərb hava məkanı da şərq kimi fasiləsiz iş rejimində fəaliyyətə başlayıb.
Həm daxili, həm də tranzit uçuşlar üçün lazımi şərait yaradılıb.












