Almaniyanın Federal Statistika İdarəsinin məlumatlarına görə, 2026-cı ilin birinci rübündə Çin Almaniyanın ən böyük ticarət ortağı olaraq qalmaqdadır.
Çinlə mallar üzrə ümumi ticarət həcmi 61,5 milyard avro təşkil edib. ABŞ-la bu rəqəm 60 milyard avro, Hollandiya ilə isə 52,8 milyard avro olub.
Ekspertlər ilin sonuna qədər ABŞ-ın yenidən Çini keçə biləcəyini proqnozlaşdırırlar.












