Bond.az White LogoBond.az Black Logo

70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadlığa buraxıldılar

ADY-nin sabiq əməkdaşları 70 ton yanacaq mənimsəmə ittihamı ilə məhkum edildilər, ziyanı ödədikdən sonra şərti cəza ilə azadlığa buraxıldılar.

Emin Orucov
Müəllif:Emin Orucov- Senior Editor
|
0

Beş ay əvvəl lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sabiq əməkdaşları azadlığa buraxılıblar.

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanova birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 107 min manatlıq ziyanı tam ödədikləri üçün güzəşt edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.

Hökmdən prokurorluq tərəfindən verilən protest və ADY-nin verdiyi şikayətlər də tam təmin edilib. Təqsirləndirilən şəxslərin üzərinə əlavə mülki iddiaları qarşılamaq öhdəliyi qoyulub.

Qeyd edək ki, 58 yaşlı Eldəniz Sadıqov ADY-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi, 37 yaşlı Famil Soltanov isə İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.

Müttəhimlər məhkəmədə 70 ton dizel mənimsədiklərini etiraf edib, əməllərindən peşman olduqlarını deyiblər. Yekun olaraq E.Sadıqov 6 il, F.Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər Xəbərlər
Bu gün / 07:18
|
498

Estetik mərkəzin əməkdaşları məhkəmə qarşısında

Tanınmış estetik mərkəzin əməkdaşları qanunsuz əməliyyatlarla bağlı məhkəmə qarşısında. Təqsirləndirilənlər barədə həbs olmayan qətimkan tədbiri seçilib.

0
2026-05-07 09:00
|
877

Polkovnikin ölümündən sonra üzə çıxan cinayət

Mərhum polkovnik Mayis Orucəliyevin cinayəti üzə çıxdı: dövlətə 1 milyon manat ziyan vurulub. Hüquqi varisi həyat yoldaşı olacaq.

0
2026-05-04 13:55
|
358

Şəhid ailəsinə təhqir edən şəxs 15 sutka həbs olundu

Bakıda şəhid ailəsini təhqir edən 42 yaşlı N.Qədirov 15 sutka müddətinə inzibati həbs edilib. Hadisə Xəzər rayonunda baş verib.

0
2026-05-04 13:51
|
306

Fitnes zalında metamfetamin: Məşhur məşqçiyə 3 illik həbs, lakin uşaqlarının 14 yaşına qədər təxirə salındı

Bakıda fitnes zalında metamfetamin saxlayan məşqçi Anar Mirbabayev 3 il həbs cəzası aldı, lakin himayəsindəki uşaqlar səbəbindən cəza təxirə salındı. Ətraflı oxuyun.

0
2026-04-30 05:41
|
590

Masallıda narkotik əməliyyatı: 24 yaşlı gənc 14 kiloqram marixuana, heroin və tiryəklə tutuldu

Masallıda polis əməliyyatı zamanı 24 yaşlı şəxs 14 kiloqram narkotiklə (marixuana, heroin, tiryək) saxlanılıb. Narkotik satışı ilə bağlı cinayət işi başlanılıb.

0
2026-04-29 11:13
|
286

69 minlik fırıldaqda təqsirləndirilən qadın direktor Türkiyədən ekstradisiya edildi

Azərbaycan vətəndaşı Sevinc Hüseynova 69 min manatlıq dələduzluqda ittiham edilərək Türkiyədən ekstradisiya edilib.

0
2026-04-23 05:36
|
773

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO

Ağsuda toy karvanında avtoxuliqanlıq edən Cəmil Qurbanov və Yusif Yusifov həbs olunub. Sürücülərin yol qaydalarını kobud pozması və sosial şəbəkələrdə paylaşması barədə ətraflı məlumat.

0
...
70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadl...