Avtomobil bazarında qiymət artımı davam edir. Ən yüksək artım SUV və ekonom sinif avtomobillərində qeydə alınıb.
SUV və krossoverlərin orta qiyməti apreldə 39,100 manata çatıb. Bu, baza dövrü ilə müqayisədə 11.1%, martla müqayisədə isə 1.8% çoxdur.
Ekonom sinif avtomobillərdə qiymətlər dekabr ayına nisbətən 10%, aylıq müqayisədə isə 1.4% yüksəlib.
Palatadan bildirilib ki, artım davam etsə də, tempdə zəifləmə var. Orta sinif avtomobillərdə artım 7.6%, premium seqmentdə isə 4.1% olub.
Ekspertlər bu tendensiyanı istehlakçıların daha əlçatan və ailəvi avtomobillərə üstünlük verməsi ilə izah edir.












