Bond.az White LogoBond.az Black Logo

BTQ Fransanın müstəmləkəçi siyasətini ifşa edir

Bakı Təşəbbüs Qrupu Fransanın Kanakidəki müstəmləkəçi siyasətini ifşa edir. BTQ-nin qaldırdığı məsələlərə Asia Pacific Report saytında yer ayrıldı.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

2026-cı il mayın 8-də "Asia Pacific Report" saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyun 2026-cı il tarixində keçiriləcək əyalət seçkisinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.

Oxu.Az xəbər verir ki, məqalədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi siyasət və yerli xalqların hüquqlarını məhdudlaşdırması ilə bağlı BTQ tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.

Məqalədə qeyd edilir ki, Fransa baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkisini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçki yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan, proses kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edək ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən cari ildə Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edilib. Bəyanatda komitə Fransaya Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək vurğulayıb ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçki ərəfəsində adadakı Fransa hökumətinin 5-ci kolonu sayılan loyalistlər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif ediblər. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.

Qeyd: 2019-cu ildə keçirilmiş son əyalət seçkisindən sonra 2024-cü ilə planlaşdırılan növbəti seçki üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkinin ən geci 28 iyun 2026-cı ilədək keçirilməli olduğunu bəyan edib. Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, seçki, əslində, Yeni Kaledoniyanın siyasi gələcəyi və kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.

Digər Xəbərlər
2026-07-05 19:01
|
896

Yaxın Şərq gərginliyi Azərbaycanın gücünü artırdı

Yaxın Şərqdəki gərginlik Azərbaycanın strateji gücünü necə artırdı? Baku TV-nin Yekunlaşdıraq verilişində təhlil.

0
2026-07-05 15:03
|
876

Zimbabve spikeri Azərbaycanda

Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Hava Limanında qarşılanan nümayəndə heyəti görüşlər keçirəcək.

0
2026-07-05 09:30
|
979

Paşinyan: Yeni konstitusiya gündəmdədir

Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulunun gündəmdə olduğunu açıqlayıb.

0
2026-07-03 20:00
|
914

Leyla Əliyeva doğum günü təbriklərinə təşəkkür etdi

Leyla Əliyeva doğum günü paylaşımı edərək təbriklərə təşəkkür edib. Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə minnətdarlıq bildirib.

0
2026-07-03 19:31
|
230

Azərbaycan PUA sahəsində regional liderdir

Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş aparatları sahəsində liderdir. Yerli istehsal və satınalmalarla potensialını artırır.

0
2026-07-03 19:01
|
361

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rənglərində işıqlandırılaraq 250 illik müstəqillik yubileyini qeyd edir.

0
2026-07-03 16:33
|
258

Vilayət Eyvazovdan vacib qərar: Hərbi Prokurorluğun səlahiyyətləri azaldıldı

Daxili işlər naziri Vilayət Eyvazovun qərarı ilə hərbi prokurorluğun cinayət uçotu səlahiyyətləri DİN-ə keçirilib.

0
2026-07-03 09:18
|
404

Ermənistana 976 ton buğda tranziti

Rusiyadan Ermənistana 976 ton buğda Azərbaycan tranziti ilə göndərildi. Qatar Biləcəri stansiyasından yola düşüb.

0
2026-07-02 20:32
|
974

Leyla Əliyevanın doğum günü qeyd olunur

Leyla Əliyevanın doğum günü münasibətilə onun həyatı, fəaliyyəti və mükafatları haqqında məlumat.

0
2026-07-02 18:03
|
982

Paşinyan: Dəmir yolu bərpa olunur

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolu xətlərinin bərpa edildiyini açıqladı.

0
2026-07-02 17:32
|
274

Ursula fon der Lyayen Azərbaycana səfər videosu paylaşdı

Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videonu Instagram-da paylaşaraq Cənubi Qafqaz üçün 200 milyon avroluq sülh proqramını elan edib.

0
2026-07-02 14:05
|
721

Azərbaycan-Aİ: Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan-Aİ strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. Deputat Səbinə Salmanova əməkdaşlığın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində genişləndiyini bildirib.

0
...
BTQ Fransanın müstəmləkəçi siyasətini ifşa edir | Bond.az