Şimali Karolina ştatı Vyetnamın elektrik avtomobil istehsalçısı Vinfast-ı fabrik qurmaq öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəməyə verib.
Baş prokuror Cef Ceksonun bəyanatına görə, Vinfast bir ildən çoxdur ki, tikinti sahəsində işi dayandırıb.
Vinfast 7500 iş yeri yaratmaq və 3 milyard dollardan çox investisiya qoymaq öhdəliyi ilə fabrik üçün lisenziya almışdı.
Bəyanatda deyilir: "Vinfast ştatla olan müqavilələrini pozub və onun hərəkətsizliyi qaçılmaz olaraq daha çox pozuntuya səbəb olacaq".
Vinfast hələ ki, şərh verməyib.












