Sinqapurun Pul İdarəsi (MAS) varlı şəxslər üçün bank hesabı açılışını asanlaşdırmaq məqsədilə xüsusi banklarla əməkdaşlıq edir.
MAS-ın idarəedici direktoru Çia Der Jiun bazar ertəsi keçirilən konfransda bildirib ki, mərkəzi bank maliyyə qurumlarına müştərinin sərvət mənbəyini “riskə mütənasib” şəkildə müəyyən etməyi tövsiyə edən sirkulyar dərc edib.
Bu təlimatların hesab açılışı üçün tələb olunan orta müddəti altı həftədən bir aya qədər azaltması gözlənilir.












