Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram."
O, Albaniyanın Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. "Əminəm ki, Sizin rəhbərliyinizlə əməkdaşlıq enerji, turizm və infrastruktur sahələrində yeni yollar açaraq möhkəmlənəcək."












