Amerikalı aktrisa Qlenn Klouz və rejissor Ridli Skott fəxri Oskar mükafatı alacaqlar.
Variety bildirir ki, mükafatlandırma noyabrın 15-də 17-ci Governors Awards mərasimində baş tutacaq. Eyni mükafata animator Floyd Norman da layiq görülüb.
Klouz səkkiz dəfə aktyorluq Oskarına namizəd olsa da, heç vaxt qazanmayıb. Skott isə üç dəfə rejissorluğa, bir dəfə də ən yaxşı filmə namizəd olub.
Akademiya Klouzu "misilsiz emosional diapazonu" ilə tərifləyib, Skottu isə "dünya kinosuna ölçüyəgəlməz təsir göstərmiş vizioner" adlandırıb. Floyd Norman haqqında deyilir ki, o, "çoxsaylı maneələri aşan əfsanəvi animator"dur.












