Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) DÇ-2026 finalının fasiləsində Castin Biberin çıxışını planlaşdırır.
Kanadalı pop-ulduz TMZ mənbələrinə görə, səhnəni Cənubi Koreyanın BTS qrupu, Madonna və Şakira ilə bölüşə bilər.
Qeyd edək ki, mundial Kanada, Meksika və ABŞ-də keçirilir. Final 19 iyulda Nyu-Cersidəki MetLife Arenada olacaq.












