Kanadalı məşhur müğənni Devid Kleyton-Tomas 85 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Onun PR meneceri ölümü təsdiqləyib. Kleyton-Tomas 1968-ci ildə "Blood, Sweat & Tears" qrupunun solisti kimi məşhurlaşıb. Qrupun "You've Made Me So Very Happy", "Spinning Wheel" və "And When I Die" sinqlları Billboard-da ikinci yerə yüksəlib.
1970-ci ildə qrup "İlin albomu" nominasiyasında Qremmi qazanıb. 1972-ci ildən solo karyeraya başlayan sənətçi 1996-cı ildə Kanada Musiqi Şöhrət Zalına daxil edilib. 2010-cu ildə Toronto "Şöhrət xiyabanı"nda ulduzu qoyulub.












