İyunun 29-da məhkəmə Hollivud ssenaristi və rejissoru Karl Rinşə hökm çıxarıb. O, bitməmiş elmi-fantastik serial adı altında Netflix-dən 11 milyon dollar mənimsədiyi üçün 2.5 il həbs cəzası alıb.
Aktyor Kianu Rivz da daxil olmaqla, bir çox tanınmış şəxslər məhkəmədən cəzanın yüngülləşdirilməsini istəyiblər. Lakin məhkəmə iddiaları rədd edib.
Məlumata görə, Rinş "Ağ at" layihəsi üçün aldığı 11 milyon dolları şəxsi hesabına keçirib. O, pulu lüks avtomobillərə, bahalı saatlara, geyimlərə və hətta 638 min dollarlıq döşəklərə xərcləyib.
Müdafiə tərəfi Rinşin psixoloji problemlərindən və dərman qəbulundan danışsa da, prokurorluq bunu "həddindən artıq tamahkarlıq" adlandırıb.












