Bond.az White LogoBond.az Black Logo

Nikol Kidman Parisdə keçmiş həyat yoldaşı ilə görüşdü

Nikol Kidman Parisdə keçmiş həyat yoldaşı Kit Urbanla uşaqları üçün görüşdü. Münasibətləri yaxşılaşdırmaq üçün dialoq bərpa edildi.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Tanınmış Hollivud ulduzu Nikol Kidman, övladlarının xətrinə keçmiş həyat yoldaşı Kit Urbanla münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atır.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Məlumata əsasən, cütlük 17 yaşlı Sandey Rouz və 15 yaşlı Feyt Marqaretə görə münasibətləri qaydaya salmağa çalışır.

Jurnalistlərin sözlərinə görə, cütlük qısa müddət əvvəl aktrisanın ad gününü qeyd etdiyi Paris şəhərində görüşüb. Mənbələr bildirirlər ki, onlar artıq aralarındakı dialoqu bərpa ediblər.

"Hazırda onlar üçün bir-birinə dəstək olan dostluq əlaqələri formalaşdırmaq daha rahatdır", - deyə cütlüyə yaxın olan şəxs bildirib.

Nəşr onu da vurğulayıb ki, Nikol Kidman şəxsi həyatını ictimaiyyətdən gizli saxlayır və hazırda hər hansı yeni münasibətdən uzaq durur.

Xatırladaq ki, cütlüyün ayrılması ilə bağlı iddialar ötən ilin sentyabrın 29-da gündəmə gəlmişdi. TMZ nəşri qeyd etmişdi ki, aktrisa və müğənni ötən ilin yayından ayrı yaşayırlar və uşaqların qayğısı əsasən Kidmanın üzərinə düşüb. Mart ayında yayılan məlumatlarda isə qızların ataları ilə əlaqəni kəsdikləri bildirilirdi.

Digər Xəbərlər
2026-06-28 16:01
|
951

Andrea Boçellinin villası 500 min avro qarət edildi

İtaliyalı tenor Andrea Boçellinin Toskana villası 500 min avro dəyərində qarət edilib. Polis araşdırma aparır.

0
2026-06-27 14:00
|
822

Macarıstanda ekstremal isti hava rejimi

Macarıstanda ekstremal isti hava şəraiti ilə bağlı ən yüksək təhlükə rejimi elan edilib, temperatur 40 dərəcəyə qədər yüksələcək.

0
2026-06-26 10:01
|
532

Devid Kleyton-Tomas vəfat etdi

Kanadalı müğənni Devid Kleyton-Tomas 85 yaşında vəfat etdi. 'Blood, Sweat & Tears' qrupunun solisti kimi tanınan sənətçinin ölümü PR meneceri tərəfindən təsdiqlənib.

0
2026-06-24 00:31
|
790

Hoffman və Binoş Karlovı-Varı mükafatını alacaq

Dastin Hoffman və Jülyet Binoş Karlovı-Varı kinofestivalında Kristal Qlobus mükafatını alacaq. Operator Robert Riçardson da mükafatlandırılacaq.

0
2026-06-22 23:31
|
706

Tarantino Ceymi Adamsın filmində rol alacaq

Kventin Tarantino Ceymi Adamsın yeni dramatik filmində əsas rollardan birini canlandıracaq. Kayli Minoq da filmdə yer alır.

0
2026-06-18 23:31
|
522

Ema Hussen narkotik qaçaqmalçılığında ittiham olunur

Britaniyalı aktrisa Ema Hussen 320 kq metamfetamin qaçaqmalçılığında ittiham olunur. Ceyson Stethemlə eyni filmdə çəkilmiş aktrisa həbs edilib.

0
2026-06-17 09:02
|
682

Repçi Mystikal 20 il həbs cəzası aldı

Məşhur repçi Mystikal 2022-ci ildə bir qadına təcavüz etdiyinə görə 20 il həbs cəzasına məhkum edildi.

0
2026-06-16 23:01
|
642

Şrek 5 tizer treyler yayımlandı

DreamWorks-un məşhur yaşıl nəhəngi qayıdır: Şrek 5-in ilk tizer treylerinə baxın və premyera tarixini öyrənin.

0
2026-06-16 06:00
|
798

Fransız aktyor Kristian Büjo 81 yaşında vəfat etdi

Məşhur fransız aktyor Kristian Büjo 81 yaşında vəfat etdi. "Gəlmələr" filmi və digər layihələrdəki rolları ilə tanınan aktyorun ölüm xəbəri agentliyi tərəfindən açıqlanıb.

0
2026-06-16 00:03
|
677

"Klon"un İvettisi 74 yaşında heyran etdi - FOTO

"Klon" serialının ulduzu Vera Fişer 74 yaşında yenə gündəmdə. Fotolara baxın.

0
2026-06-15 10:02
|
906

Alf serialının ulduzu 77 yaşında vəfat etdi

Alf serialının ulduzu Enn Şedi 77 yaşında vəfat etdi. Aktrisa Keyt Tanner rolu ilə tanınırdı.

0
2026-06-14 22:01
|
977

Orxan Lökbatanlı: Kaş meyxana deməzdik

Orxan Lökbatanlı Aydın Xırdalanlının yoxluğundan danışır: Kaş meyxana deməzdik. - Baku TV-nin Retro Baku verilişində.

0
...
Nikol Kidman Parisdə keçmiş həyat yoldaşı ilə görüşdü | Bond.az