Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.
Oxu.Az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm."
Dövlət başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Portuqaliya münasibətləri inkişaf edəcək.












