Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri zamanı yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.
Görüşdə Bayramov Azərbaycanın Yaponiya vətəndaşları üçün viza rejimini ləğv etmək niyyətində olduğunu bildirib.
Bu təşəbbüs səfərlərin asanlaşdırılması, biznes əlaqələrinin genişləndirilməsi, turizmin təşviqi və insanlararası münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addımdır.












