Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.
Oxu.Az-ın Gürcüstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.
Qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.
Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin yeni hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulub.
Protokolu Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvirişvili və Azərbaycanın nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.












