Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, WUF13 çərçivəsində kolonializmin yaratdığı problemləri dünya ictimaiyyətinə çatdırmaq vacibdir.
O qeyd edib ki, kolonializm təkcə siyasi deyil, həm də iqtisadi, mədəni, dini və ekoloji fəsadlar yaradır. Urbanizasiya kontekstində mənzil böhranı da bu problemlərdən biridir.
Abbasov vurğulayıb ki, beynəlxalq təşkilatlara kolonializmin müxtəlif sahələrdəki fəsadlarını çatdırmaq üçün hesabatlar hazırlanır.












