Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana yüksək səviyyədə təşkilatçılığa görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, baş nazir təşəkkürünü WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində səsləndirib.
O bildirib ki, WUF13-də çıxış etmək onun üçün şərəfdir: "Azərbaycana təşəkkür edirəm ki, qlobal tədbiri yüksək səviyyədə təşkil edib. İqlim dəyişikliyi, mənzillə bağlı problemlər qlobal çağırışdır. Biz də bu problemlərin həllini WUF13 çərçivəsində müzakirə edirik".












