Bond.az xəbər verir ki, Kuba 300-dən çox hərbi pilotsuz təyyarə əldə edib və Quantanamo körfəzindəki ABŞ bazasına hücum planlarını müzakirə edir. Bu barədə məxfi kəşfiyyat məlumatlarına istinadən Axios agentliyi məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarələr ABŞ hərbi gəmilərinə və Florida ştatının Key West şəhərinə də hücum edə bilər. ABŞ rəsmisi bildirib ki, bu, İran hərbi məsləhətçilərinin Kubada olması və pilotsuz təyyarə texnologiyasının inkişafı ilə əlaqədardır.
Reuters bu məlumatı dərhal təsdiqləyə bilməyib.












