Bond.az White LogoBond.az Black Logo

Leyli və Məcnun operası Azərbaycanda yenidən səhnədə

Üzeyir Hacıbəyovun Leyli və Məcnun operası Heydər Əliyev Sarayında səhnələşdirildi. Hadisələr Azərbaycanda baş verir. Yenilənmiş kadr və yeni ifaçılarla.

İlkin Cavadov
Müəllif:İlkin Cavadov- Senior Editor
|
0

Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyovun ölməz əsəri "Leyli və Məcnun" operası təqdim olunub.

Baku TV kulisdən reportaj hazırlayaraq tamaşaya hazırlıq prosesini işıqlandırıb.

"Bu dəfə iştirakçılarımızdan beşi yenidir. "Leyli" və "Məcnun" obrazlarında Aytən Məhərrəmova və Fuad Əzizadə çıxış edirlər. Hadisələr Ərəbistan çöllərində yox, Azərbaycanda baş verir", - deyə tamaşanın rejissoru Nicat Kazımov bildirib.

"İlk dəfədir "Məcnun" rolunu canlandıracağam və həyəcanlıyam. İnşallah, tamaşanı uğurla başa vurarıq", - Fuad Əlizadə deyib.

Xalq artisti, xanəndə Mənsum İbrahimov isə "Leyli və Məcnun"u həm tamaşaçı, həm də müəllim kimi izləyəcəyini söyləyib: "Tələbələrimə baxarkən həmişə gülümsəyir, motivasiya verir və ruhlandırıram. Onların arxalarında biz varıq. İstedadı olan hər bir gəncə dəstək olmalıyıq".

Digər Xəbərlər
Bu gün / 14:31
|
730

Ünvansız evlər və ordusuz ölkə: Kosta-Rika

Kosta-Rikada evlərin ünvanı yoxdur, ordu ləğv edilib və balıqətli qadınlar sevilir. Maraqlı məlumatlar.

0
...