Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıqda Suriya iqtisadiyyatının dəstəklənməsi və regional inkişaflar müzakirə olunub.
Şaraa, ABŞ-ın qalan sanksiyalarının ləğvinin Suriya iqtisadiyyatının canlanması və investisiya cəlbi üçün vacib olduğunu vurğulayıb.












