Bond.az analitikləri xəbərdarlıq edir: gəlirlərin kəskin artması səhm bazarını təzyiq altına alıb.
Yaponiya Nikkei 1%-dən çox düşüb, Cənubi Koreya KOSPI isə 3% itirib. Avropa bazarı da açılışda təxminən 1% eniş gözləyir.
Hürmüz boğazındakı gərginlik neft qiymətlərini qaldırır və inflyasiya təzyiqi artır. ABŞ-ın 30 illik istiqrazları 2007-ci ildən bəri ilk dəfə 5% gəlir səviyyəsini keçib.
Federal Ehtiyat Sisteminin faiz artırma ehtimalı bir həftədə iki dəfə artaraq 45%-ə çatıb. İnvestorlar üçün həftəsonuna yaxınlaşarkən diqqətli olmaq məsləhətdir.












