İngiltərə Mərkəzi Bankının (BoE) siyasətçisi Meqan Qrin bildirib ki, stablecoin-lərə tələbat tezliklə azala bilər və onların yerini tokenləşdirilmiş depozitlər ala bilər.
Dubrovinikdə keçirilən konfransda Qrin deyib: "Düşünürəm ki, tokenləşdirilmiş depozitlər stablecoin-ləri əvəz edəcək. Beş ildən sonra stablecoin-lər haqqında niyə danışdığımızı təəccüblə xatırlaya bilərik."
ABŞ Federal Ehtiyat Sistemi rəsmisi Kristofer Uoller isə stablecoin-ləri müdafiə edərək onların maliyyə innovasiyası olduğunu vurğulayıb.












