Bond.az xəbər verir ki, Avropa İttifaqı Yaxın Şərqdəki münaqişə səbəbindən Rusiya neftinə tətbiq edilən qiymət limitinin müvəqqəti dondurulmasını nəzərdən keçirir.
Bloomberg-in məlumatına görə, hazırda limit 44.10 dollar/barel səviyyəsindədir və yayda yenidən baxılması planlaşdırılır.
Limitin dondurulması, dinamik artımın dayandırılması və ya G7 səviyyəsi olan 60 dollarla məhdudlaşdırılması variantları müzakirə olunur.
Bu tədbir Aİ-nin 21-ci sanksiyalar paketinə daxil edilə bilər. Yekun qərar iyunun əvvəlində gözlənilir.












