9

Lerikdə qazi avtomobil ustasının ölümü ilə bağlı DƏHŞƏTLİ DETALLAR

Lerikdə qazi avtomobil ustasının faciəli ölümünün təfərrüatı: "QAZ-66" markalı avtomobilin dərəyə aşması nəticəsində Həmzə Mirseyidzadə həyatını itirib.

Tural Məlikov
Tural Məlikov- Senior Editor

Lerik rayonunun Daster kəndində baş verən faciəli hadisənin təfərrüatı məlum olub. 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadə qohumuna məxsus "QAZ-66" markalı yük avtomobilini təmir edib.

Təmirdən sonra avtomobilin texniki vəziyyətini yoxlamaq istəyən Həmzə sükan arxasına keçib. Lakin idarəetmə zamanı o, nəqliyyat vasitəsini dərəyə aşırıb.

Ağır xəsarətlər alan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Həmzə Mirseyidzadə Vətən müharibəsi iştirakçısı, yəni qazi olub. Onun ölümü ailəsi və yaxınları üçün ağır itki oldu.

Lerikdə qazi avtomobil ustasının ölümü ilə bağlı DƏHŞƏTLİ DETA... - Bond.az