Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib ki, Hürmüz boğazında HMM şirkətinə məxsus yük gəmisinə hücumda İran istehsalı gəmi əleyhinə raketdən istifadə olunub.
İranın Cənubi Koreyadakı səfiri Səid Kozeçi bu ittihamı rədd edərək, ölkəsinin heç bir əlaqəsi olmadığını bildirib.
Nazirlik mayın 4-də baş verən hücumla bağlı araşdırmanın nəticələrini açıqlayıb.
Gəmidə tapılan parçaların İran istehsalı olduğu ehtimal edilir.












