Bond.az xəbər verir ki, ABŞ Daxili Gəlir Xidməti (IRS) gələn ilin vergi blanklarında vətəndaşlıq statusunun açıqlanmasını tələb etməyi müzakirə edir. Bu, Tramp administrasiyasının immiqrasiya siyasəti çərçivəsində atdığı addımlardan biridir.
Məlumatlı mənbələrə görə, IRS iki versiyanı nəzərdən keçirir. Birinci versiya sadəcə vergi qanunlarındakı dəyişiklikləri əks etdirir. İkinci versiyada isə "ABŞ vətəndaşı deyilsinizsə və ya ikili vətəndaşlığınız varsa bu qutunu işarələyin" yazılmış çek-qutu olacaq.
Xatırladaq ki, immiqrantlar, o cümlədən sənədsiz immiqrantlar, vergi ödəməli və eyni IRS blanklarından istifadə etməlidirlər. Vergi ödəmək uzun müddətdir sənədsiz immiqrantların leqal status almaq üçün əsas amillərdən biri hesab olunur.












