Tayvan xarici işlər nazirinin müavini Çen Minçi bildirib ki, ABŞ-ın Tayvana silah satışı həmişə regional sülh və sabitliyin təməl daşı olub.
O, jurnalistlərə açıqlamasında Tayvanın ABŞ tərəfi ilə əlaqə saxlayaraq gələcək silah satışları barədə məlumat alacağını vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, Tayvana böyük silah satışına davam edib-etməməyə hələ qərar verməyib.












