Tayvan Prezidenti Lay Çin-te bildirib ki, əgər ABŞ Prezidenti Donald Trumpla danışmaq imkanı olsa, Çini sülhü pozmaqda və regionda gərginlik yaratmaqda günahlandıracaq.
Lay Çin-te çərşənbə günü jurnalistlərə açıqlamasında qeyd edib ki, Tayvanın gələcəyi yalnız onun xalqı tərəfindən müəyyən edilməlidir.
Çin Tayvanı öz ərazisi hesab edir və Layı "separatçı" adlandırır. ABŞ isə ənənəvi olaraq Tayvanın ən mühüm dəstəkçisidir.
Lay vurğulayıb ki, heç bir ölkənin Tayvanı ilhaq etmək hüququ yoxdur.












