Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında Kosta-Rikadan bəhs edilib. Ölkə həm Sakit okean, həm də Karib dənizi ilə əhatə olunub.
Kosta-Rikada ünvan sistemi fərqlidir. Evləri tapmaq üçün poçtalyonların köməyinə ehtiyac var. Küçələrdə bina nömrəsi və ünvan yoxdur.
Poçtalyonlar əvəzsiz xidməti ilə tanınır. Maaşları ayda 600 dollar təşkil edir.
Ölkə ərazisinin böyük hissəsi milli park və qoruqlardan ibarətdir. Heyvanların yaşaması qanunla qorunur.
Maraqlı məqamlardan biri də ordunun olmamasıdır. Hərbi xərclər əhalinin yaşam keyfiyyətinə yönəldilir.
Bu ölkədə "balıqətli" qadınlar xüsusi diqqət çəkir. Yerli gözəllik anlayışında sağlam və dolğun bədən forması önəm daşıyır. Kişilər əsasən belə xanımları bəyənir.

