Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
İyunun 12-də Yasamal və Nizami rayonlarında transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq. Buna görə aşağıdakı ünvanlarda elektrik enerjisi məhdudlaşdırılacaq.
Bakı şəhəri üzrə saat 10:00-dan 13:00-dək: Yasamal rayonu (Tağı Şahbazi, Azad Mirzəyev, Abdulla Şaiq küçələri) və Nizami rayonu (Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin bir hissəsi).
Saat 09:00-dan 12:00-dək: Zirə Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində iməclik işləri ilə əlaqədar Qala qəsəbəsi yaxınlığındakı Xaşaxuna bağları yaşayış massivinin bəzi hissələri.
Lənkəran rayonu üzrə: Lənkəran Elektrik Şəbəkəsində 10 kV-luq hava xətlərində təmir işləri səbəbindən elektrik enerjisi müvəqqəti dayandırılacaq. Saat 10:00-dan 13:00-dək: Sütəmurdov, Velədi, Viyən kəndləri, Aşağı Nüvədi və Gərmətük qəsəbələri. Saat 14:00-dan 16:30-dək: Şəhər ərazisində Şirəli Axundov, Cavanşir, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələri, həmçinin Səpinəkəran və Şürük kəndləri.
Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.












