Bond.az White LogoBond.az Black Logo

Uşaqları rəqəmsal mühitdə də qorumalıyıq

Fərid Şahbazlı uşaqların rəqəmsal mühitdə qorunması üçün yaş məhdudiyyəti, valideyn nəzarəti və rəqəmsal savadlılığın vacibliyini vurğulayır.

Emin Orucov
Müəllif:Emin Orucov- Senior Editor
|
0

Fərid Şahbazlı: "Uşaqları yalnız real həyatda deyil, rəqəmsal mühitdə də qorumalıyıq"

"Uşaqların sosial şəbəkələrə çıxışının yaş məhdudiyyəti ilə tənzimlənməsi məsələsinə qadağa kimi deyil, onların hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönəlmiş addım kimi yanaşmaq lazımdır".

Oxu.Az xəbər verir ki, bu fikirləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

QHT sədrinin sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanların davranışlarına və düşüncə tərzinə təsir göstərən güclü mexanizmə çevrilib.

"Yetkin insanların belə təsirindən qorunmaqda çətinlik çəkdiyi alqoritmlərin qarşısında uşaqların tam müdafiəsiz qalması ciddi narahatlıq doğurur. Cəmiyyət olaraq uşaqların məktəbə getməsini, avtomobil idarə etməsini və əmək fəaliyyətinə başlamasını müəyyən yaş hədləri ilə tənzimləyiriksə, onların psixoloji inkişafına birbaşa təsir edən rəqəmsal mühitə girişinin də müəyyən qaydalar çərçivəsində tənzimlənməsi məntiqli görünür".

Fərid Şahbazlı qeyd edib ki, sosial şəbəkələrin fəaliyyət modeli uşaqlar üçün əlavə risklər yaradır.

"Bu platformalar istifadəçinin diqqəti uğrunda mübarizə aparır. Onların biznes modeli insanların ekranda daha çox vaxt keçirməsinə əsaslanır. Uşaqlar isə bu sistemdə sadəcə istifadəçi deyil, onların davranışları, maraqları və reaksiyaları analiz olunan bir auditoriyaya çevrilirlər. Buna görə də uşaqları yalnız real həyatda deyil, onlayn məkanda da qorumalıyıq".

Sədr vurğulayıb ki, məqsəd texnologiyaya qarşı çıxmaq deyil, uşaqların rəqəmsal dünyaya hazırlıqlı şəkildə daxil olmasını təmin etməkdir.

"Texnologiyalar müasir həyatın ayrılmaz hissəsidir. Məqsəd uşaqları bu imkanlardan məhrum etmək deyil, onların texnologiyadan təhlükəsiz və şüurlu istifadə etməsinə şərait yaratmaqdır. Necə ki, məktəbdə dərs keçməzdən əvvəl əlifbanı öyrənmək lazımdır, eləcə də sosial şəbəkələrdən istifadə etməzdən əvvəl rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi bacarıqları formalaşmalıdır".

F.Şahbazlının fikrincə, uşaqların sosial şəbəkələrə çıxışının yaş məhdudiyyəti, valideyn nəzarəti və rəqəmsal savadlılıq proqramları ilə birlikdə tənzimlənməsi gələcək nəsillərin sağlam inkişafına xidmət edən mühüm preventiv addımdır.

"Güclü dövlət yalnız öz sərhədlərini deyil, həm də vətəndaşlarının, xüsusilə, uşaqların psixoloji və mənəvi təhlükəsizliyini qorumağı bacaran dövlətdir. Bu gün rəqəmsal təhlükəsizlik məsələsi cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan strateji məsələlərdən biridir".

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...