Mayın 20-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda duman müşahidə olunacaq. Bu səbəbdən magistral yollarda görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşacaq.
Sürücülərə sürəti azaltmaq və təhlükəsizlik məsafəsini qorumaq tövsiyə olunur.












