Xırdalanda çoxmərtəbəli binada təhlükəli vəziyyətdə qalan qadın xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırışa dərhal reaksiya verib.
Məlum olub ki, 1999-cu il təvəllüdlü L.Məmmədova 12 mərtəbəli binanın 8-ci mərtəbəsində paltar asarkən yıxılıb və 5-ci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı qalıb.
Xilasedicilər xüsusi alətlə barmaqlıqları kəsərək qadını xilas ediblər.












