Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Bakıda Azərbaycanın mənzil siyasəti və şəhərsalma sahəsində gördüyü işlər keniyalı nümayəndəni heyran edib.
Keniyadan olan şəhərsalma üzrə mütəxəssis Jacquelyne Chege Oxu.Az-a açıqlamasında bildirib ki, forumda əldə etdiyi təcrübəni ölkəsində tətbiq etməyi planlaşdırır.
“Azərbaycanda, xüsusilə Bakıda mənzil və şəhərsalma sahəsində görülən işlər çox gözəldir. Həm münasib qiymətli mənzillərin inşası, həm də yerli mədəniyyətin memarlıqda əks etdirilməsi diqqətimizi çəkdi”, - deyə o vurğulayıb.
Chege qeyd edib ki, Keniyada da münasib qiymətli tikinti materiallarından istifadə etməklə əlçatan mənzil layihələrinin inkişafına ehtiyac var: “Bakıda gördüklərimizi ölkəmizdə tətbiq etmək istəyirik”.
O, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentini, aidiyyəti dövlət qurumlarını və təşkilat komitəsini təbrik edib: “Bakıdan çox gözəl təəssüratlarla ayrılacağıma əminəm”.












