Şuşa şəhər Kollecinin binasının əsaslı təmiri və bərpası üçün işlərə başlanılacaq.
Oxu.Az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı işlərə start verib.
Bildirilib ki, qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 4 milyon 585 min 434 manat ödəyəcək.
Qeyd edək ki, sözügedən binada Qarabağ Universitetinin Turizm fakültəsinin tədrisi planlaşdırılır.












