Bond.az White LogoBond.az Black Logo

Əndazəni aşan vida tədbiri: Son zəng neçəyə başa gəlir?

Son zəng tədbiri nə qədər başa gəlir? Xərclər, geyim, rəqs hazırlığı və restoran qiymətləri ilə bağlı təhlil.

Qədir Seyidov
Müəllif:Qədir Seyidov- Senior Editor
|
0

"Son zəng"ə sayılı günlər qalır. Hər il olduğu kimi, məzunlar son dəfə məktəb həyətində toplaşmağa hazırlaşır. Ancaq bu tədbir artıq təkcə duyğusal deyil, həm də xərc baxımından ən çox müzakirə olunanlardandır.

Bir zamanlar qara şalvar, ağ köynək kifayət edirdisə, indi siyahı uzundur: xüsusi geyim, foto-video çəkiliş, rəqslər, məzun albomu, restoran gecəsi. Valideynlər üçün bu, əlavə məsrəf deməkdir.

Bəs bir şagird üçün ortalama xərc nə qədərdir? Aylar öncə başlayan hazırlıqda ən böyük xərc geyimə düşür. Qızlar üçün paltar, ayaqqabı, saç və makiyaj, oğlanlar üçün kostyum, köynək və ayaqqabı minimum 130-150 manat arasıdır.

Restoran və ya tədbir məkanlarında məzun gecəsi adambaşına 80 manatdan başlayır. Foto və video çəkiliş, məzun albomu isə 45-120 manat arası dəyişir. Bütün bunlar toplananda orta xərc 350-450 manat olur.

Rəqs müəllimi İftixar Rəsulov deyir ki, bu il məzunlar milli rəqslərə maraq göstərir. Hər sinfə iki rəqs nömrəsi hazırlanır: klassik vals və milli/müasir üslub. Hazırlıq iki ay əvvəl başlayır, həftədə bir neçə məşq olur. Qiymət adambaşına 25-50 manat arasıdır.

Təhsil eksperti Ramin Nurəliyev dəbdəbəli tədbirlərin məqsədəuyğun olmadığını deyir: "Sadə və səmimi tədbirlər daha yaxşıdır. Son zəng mühüm xatirədir, lakin həddən artıq xərc çəkmək lazım deyil."

Sosioloq Mail Yaqub isə valideyn məsuliyyətini vurğulayır: "Valideynlər övladlarına izah etməlidir ki, israfçılıq mənasızdır. Məktəblər arasında yarış yanlışdır."

Digər Xəbərlər
Bu gün / 16:32
|
670

Süd niyə bahalaşır? Rəqəmlər diqqət çəkdi

2026-cı ilin ilk rübündə Azərbaycanda süd idxalı 35% artıb. Qiymətlər niyə bahalaşır? Ekspertlər səbəbləri izah edir.

0
Bu gün / 16:02
|
983

Xaçmazda sel fəlakəti: evlər dağıldı

Xaçmazda sel fəlakəti: Mais Daşdəmirovun evi su basıb, FHN çadır qursa da, ailə kirayədə yaşayır. Rəsmi akt hələ tərtib olunmayıb.

0
Bu gün / 15:32
|
840

Mənzil sökülüb, kompensasiya verilmir

Paytaxt sakini mənzilinin söküldüyünü və kompensasiya ala bilmədiyini iddia edir. Xətai Rayon İcra Hakimiyyəti isə kompensasiyaların ödənildiyini bildirir.

0
Bu gün / 15:02
|
929

"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor təyin edildi

"Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor Orxan Həsənov təyin edilib. O, Əyyub Kərimlini əvəz edib.

0
Bu gün / 15:01
|
460

Daşkəsəndə at belində ildırım vurdu: 30 yaşlı kişi yaralandı

Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub, xəsarət alıb. Bir mal-qara tələf olub. Xəstəxanada müalicə olunur.

0
Bu gün / 14:31
|
845

Alman professor azərbaycanlı mühəndislərlə əməkdaşlıq platformasını açıqlayıb

Alman professor Konstanse Çope, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunu əməkdaşlıq üçün vacib platforma kimi dəyərləndirib.

0
Bu gün / 14:30
|
754

Sürücülərə xəbərdarlıq: Görünüş məsafəsi azalır

Milli Hidrometeorologiya Xidməti iyunun 7-də bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı barədə xəbərdarlıq edib.

0
Bu gün / 14:03
|
652

Altay Rüstəmli: Mühəndis hazırlığı inkişafla əlaqələndirilməlidir

Altay Rüstəmli Avropada azərbaycanlı mühəndislərin hazırlığının Azərbaycanın inkişaf prioritetləri ilə əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

0
Bu gün / 14:02
|
485

Mürsəl Əliyevə yeni vəzifə verildi

Mürsəl Əliyev Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Mərkəzi Təminat və Marketinq İdarəsi MMC-yə direktor təyin olunub.

0
Bu gün / 14:01
|
874

Hacı Nuran: Maşınını göstərmək istəyən festivala qoşulub

Hacı Nuran Hüseynov: Maşınını nümayiş etdirmək istəyən hər kəs Classics & Supercars festivalına qoşulub. Bakıda avtomobil festivalı başladı.

0
Bu gün / 14:00
|
971

Göygöldə torpaq uçqunu yol problemləri yaradıb

Göygöldə güclü yağış torpaq uçqununa səbəb oldu, Aşıqlı kəndində yol bağlandı. Gəncə-Göygöl-Kəlbəcər yolunda problemlər var.

0
Bu gün / 13:33
|
364

Sabunçuda narkoyuva təmizləndi

Sabunçu rayonunda narkotik istifadəçilərinin toplaşdığı köşk-vaqon tipli tikili təmizlənib, antisanitar vəziyyət aradan qaldırılıb.

0
...
Əndazəni aşan vida tədbiri: Son zəng neçəyə başa gəlir? | Bond.az