Fransanın keçmiş prezidenti Jak Şirakın həyat yoldaşı Bernadett Şirak 93 yaşında vəfat edib.
Fransa mətbuatının məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Bernadett Şirak Fransa tarixində seçkili siyasi vəzifə tutan ilk birinci xanım olub. O, 1971-ci ildə Sarran bələdiyyə şurasına seçilib və 1979-2015-ci illərdə Korrez departamentinin baş müşaviri olub.
Jak və Bernadett Şirak Paris Siyasi Araşdırmalar İnstitutunda tanış olub, 1956-cı ildə evləniblər. Onların evliliyi 2019-cu ildə Jak Şirakın ölümünə qədər 63 il davam edib.












