ABŞ-nin müdafiə naziri Pit Heqset avropalı müttəfiqləri təhlükəli ideologiyaların hücumuna qarşı xəbərdarlıq edib.
O, Normandiya desantının 82-ci ildönümündə çıxış edərək deyib: "Təəssüf ki, Avropanın sahilləri təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniya, İtaliya, Yunanıstan və Bolqarıstana qayıqlarla insanlar gəlir."
Heqset qeyri-qanuni miqrasiya axınının Avropa üçün ciddi təhdid olduğunu vurğulayıb: "Avropa paytaxtları nə vaxt bu hücuma qarşı tədbir görəcək? Hələ gec deyil."
Pentaqon rəhbəri əlavə edib: "Biz müttəfiqlərimizi dəstəkləyirik və onların da bizi dəstəkləməyə hazır olmasını gözləyirik."











