ABŞ Avropadakı hərbi bazalarından qoşun çıxarılmasını sürətləndirməyi planlaşdırır. Bu təkliflər iyun ayında NATO müttəfiqlərinə təqdim ediləcək.
Pentaqonun mənbəyinə istinadən xəbər verən "Welt am Sonntag" qəzeti, geri çəkilmənin daha sürətli olacağını bildirib. ABŞ əvvəllər Almaniyadan 5.000 əsgər çıxarmağı açıqlamışdı.
Almaniyada 35.000 ABŞ əsgəri yerləşir. Geri çəkilmə səbəbi kimi İran müharibəsi ilə bağlı fikir ayrılıqları göstərilir.












