Marine Le Pen, 2027-ci il prezident seçkilərində namizəd olacağı təqdirdə, Fransanı NATO-nun inteqrasiya olunmuş hərbi komandanlığından çıxaracağını açıqlayıb.
Bu açıqlama, İsveçin Helsinqbor şəhərində NATO nazirlərinin görüşü zamanı edilib. Le Pen, BFM TV-yə bildirib ki, Fransa NATO-nun komanda strukturundan çıxmalı, lakin ittifaqda qalmalıdır.
O, Avropanın ABŞ qərarlarından asılı olduğunu tənqid edib: "Əslində biz ABŞ Prezidenti Donald Trampın qərarlarından asılıyıq, bu təəssüf doğurur."
Fransanın Xarici İşlər Naziri Jan-Noel Barro isə bu çağırışları "məsuliyyətsiz" adlandırıb. O, Vaşinqtonun Avropaya bağlılığını yenidən nəzərdən keçirdiyi bir dövrdə ittifaqın əhəmiyyətini vurğulayıb.
Le Penin partiyası Milli Cəbhə, seçkilərə təxminən bir il qalmış ictimai rəy sorğularında liderlik edir.
NATO-nun inteqrasiya olunmuş hərbi komandanlığı 32 üzv dövlətin hərbi qüvvələrinin vahid qüvvə kimi hərəkət etməsini təmin edir. Fransa 1966-cı ildə general de Qollun dövründə bu strukturdan çıxmış, 2009-cu ildə Sarkozinin prezidentliyi dövründə geri qayıtmışdı.











