Pakistanın paytaxtı İslamabadda enerji daşıyıcılarının qiymət artımı səbəbindən ticarət məntəqələrinin iş vaxtı qısaldılıb.
Şəhər administrasiyası sosial şəbəkə hesabında bildirib ki, bütün bazarlar, ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yerli vaxtla saat 20:00-da bağlanacaq.
Bu tədbir elektrik enerjisinə qənaət etmək məqsədi daşıyır. Restoranlara, ərzaq mağazalarına və çörək zavodlarına saat 22:00-dək işləməyə icazə verilir.
Apteklər, xəstəxanalar, yanacaqdoldurma stansiyaları, çağrı mərkəzləri və beynəlxalq müştərilərə xidmət göstərən İT şirkətlər məhdudiyyətlərdən azaddır.
Pakistan mətbuatında yer alan məlumata görə, bazarlar adətən gecə saatlarına qədər açıq qaldığı üçün iyunun 1-dən etibarən iş saatlarının azaldılması sahibkarlar və sakinlər tərəfindən birmənalı qarşılanmayıb.












