"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə ən yaxşılar sırasında yer alıblar.
UEFA-nın "FedEx Performance Zone" statistikasına əsasən, qapıçı Mateuş Koxalski 45 seyvlə 4-cü yerdədir.
O, yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir isə rəqib sahasındakı mübarizələrdən 14 qalibiyyətlə 2-ci yeri bölüşüb. Yalnız PSJ-nin Vitinyası ondan öndədir.












