Cəlilabad rayonunun Üçtəpə kənd sakini, sahibkar Cəlal Əhmədov 74 600 manat ödədiyi halda, "Azərtoxum" MMC-dən yalnız 32 250 manatlıq toxum aldığını iddia edir.
O, qalan 42 350 manatlıq toxumun hələ də verilmədiyini bildirir. Əhmədovun sözlərinə görə, toxumlar 45 gün ərzində çatdırılmalı idi, lakin 60 gün gec gəlib. Bu gecikmə yaz əkinini vaxtında aparmağa mane olub.
Beş-altı ildir yerkökü əkini ilə məşğul olan sahibkar dövlət dəstəyi ilə subsidiyalar aldığını, soyuducu anbarlar tikdiyini deyir. Lakin bu il ciddi problemlərlə üzləşib. Baku TV-nin çəkilişindən sonra məsələ həllini tapıb.












