ABŞ prezidenti Donald Tramp, İran tərəfinin ABŞ rəsmiləri ilə görüşmək istədiyini açıqlayıb.
Tramp "Truth Social" platformasında paylaşım edərək, görüşün Dohada keçiriləcəyini bildirib.
Bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada texniki məsləhətləşmələrin başlaması barədə məlumatı təkzib etmişdi.











