Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsində çıxış edib. O, türk dövlətlərinin beynəlxalq arenada artan roluna diqqət çəkib.
"Haber Global" telekanalının süjetində bildirilir ki, Bakıda keçirilən tədbirdə Prezidentin müraciəti oxunub. Müraciətdə vurğulanıb: "Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır."
Əliyev əlavə edib: "Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik."












