Bakı Ağır Cinayətlər Məhkəməsində marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan sürücü Samir Mamedovun işi üzrə hökm oxunub.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 3 il sürücülük hüququndan məhrum olunub. O, məhkəmə zalında həbs olunub.
Zərərçəkən tərəf əvvəlcə daşıyıcı şirkətə qarşı 50 170 manat məbləğində mülki iddia qaldırmışdı, lakin sonra iddiadan geri çəkilib.
Hadisə 1 dekabr 2025-ci ildə Binə qəsəbəsində baş verib. Samir Mamedov idarə etdiyi "Daewoo" markalı avtobusla piyada Vurğun Əliyevi vurub və o, hadisə yerində ölüb.
O, Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə təqsirləndirilib.












