Bond.az White LogoBond.az Black Logo

Rusiyada cinayət törədən 13 il sonra Şəkidə yaxalandı

Rusiyada 2012-ci ildə həmyerlisini öldürməyə cəhd edən şəxs 13 il sonra Şəkidə yaxalanıb və məhkəmə qərarı ilə 3 il 6 ay şərti cəza alıb.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Rusiyada uzun illər əvvəl cinayət törədən şəxs Azərbaycanda yaxalanıb.

Şəki şəhərində anadan olan 1978-ci il təvəllüdlü Nəcməddin Məmmədov (soyad şərtidir) 2012-ci ildə Moskvada "Persey" Ticarət Mərkəzində həmyerlisi Adamxan Şükürovla birlikdə alverə başlayıb. Hər iki şəxs ticarət mərkəzində qadın ayaqqabıları satırmış. Bir müddətdən sonra onların arasında narazılıq yaranıb. Nəcməddin Məmmədov Adamxan Şükürovun gündəlik normal alver etdiyini görüb, ona problemlər yaratmağa başlayıb.

Buna baxmayaraq A.Şükürov alverini davam etdirib. Bir neçə gün sonra Nəcməddin ticarət mərkəzinin qarajında olarkən Adamxan Şükürovun ora piyada daxil olduğunu görüb, onu öldürmək qərarına gəlib. O, avtomobilində olan vintaçanla A.Şükürova hücum edərək ona kürək və baş nahiyələrindən xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Nəcməddin isə dərhal Rusiya ərazisini tərk edərək Azərbaycana gəlib.

Faktla bağlı cinayət işi başlanılıb, Nəcməddin barədə axtarış elan olunub. Lakin təqsirləndirilən şəxs tapılmadığı üçün cinayət işinin icraatı dayandırılıb.

2025-ci ildə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədov Şəkidə saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işinin icraatı təzələnib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə tərəflər arasında barışığı nəzərə alaraq, iş üzrə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və onun cəzası şərti hesab olunub.

Digər Xəbərlər
2026-07-05 21:31
|
940

Xırdalan yolunda yük maşını ilə minik toqquşdu

Xırdalan yolunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

0
2026-07-05 18:02
|
666

Göyçayda Qəza: Traktorla Avtomobil Toqquşdu

Göyçayda traktorla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

0
2026-07-05 17:31
|
231

Qazaxda taxıl sahəsində yanğın

Qazaxda taxıl sahəsində yanğın - 1 ha biçilməmiş, 7 ha biçilmiş taxıl yanıb, yanğınsöndürənlər çevik müdaxilə edib.

0
2026-07-05 16:30
|
490

Şəmkirdə ağır qəza: ölü və yaralı var

Şəmkirdə VAZ-2106 və Hyundai toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Polis araşdırma aparır.

0
2026-07-05 15:30
|
621

Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi

Bakıxanov qəsəbəsində əks yola çıxan sürücü motosikletlə toqquşub, xəsarət alan var.

0
2026-07-04 20:30
|
405

FHN xilasediciləri sıxılı qalan sürücünü xilas etdi - VİDEO

FHN xilasediciləri Yevlaxda yol qəzasında sıxılı qalan sürücünü xüsusi alətlərlə xilas edib. Video və ətraflı məlumat Bond.az-da.

0
2026-07-04 18:30
|
203

Zəngilanda çayda boğulma hadisəsi

Zəngilanda Ağalı kəndində bir nəfərin çayda boğulması ilə bağlı hadisə araşdırılır.

0
2026-07-04 16:01
|
743

Qazaxda piyada vuruldu, xəstəxanaya yerləşdirildi

Qazaxda piyada avtomobil tərəfindən vurulub, yaralı xəstəxanaya yerləşdirilib. DYP araşdırma aparır.

0
2026-07-04 15:31
|
352

Lənkəranda magistral yolda yanğın

Lənkəranda magistral yol kənarında quru ot örtüyünün yanması nəticəsində güclü yanğın başlayıb. Külək səbəbindən alov sürətlə yayılır.

0
2026-07-04 14:02
|
575

İsmayıllıda dəhşətli qəza: 2 ölü

İsmayıllıda ağır yol qəzası: Mercedes beton maneəyə çırpıldı, 2 nəfər öldü, 1 nəfər yaralandı. DİN araşdırma aparır.

0
2026-07-04 12:50
|
543

Ağdamda faciə: Ata və azyaşlı övladı boğuldu

Ağdamda ata və azyaşlı övladı Xatın su anbarında boğulub. Faktla bağlı araşdırma aparılır.

0
2026-07-04 07:00
|
765

Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi

Sumqayıtda dənizdə batma hadisəsi: 2006-cı il təvəllüdlü M.İsmayılovanın kimliyi müəyyənləşdi. Hadisə Sahil küçəsindəki çimərlikdə qeydə alınıb.

0
...
Rusiyada cinayət törədən 13 il sonra Şəkidə yaxalandı | Bond.az