Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentr paytaxt Karakasdan 42 km şimalda, dərinliyi 10 km olub. Sunami təhlükəsi yoxdur.
Xatırladaq ki, iyunun 24-də baş verən zəlzələlərdə 1 450 nəfər həlak olub, 3 200-dən çox yaralanan var.











